Gəncədə avtoxuliqanlar saxlanılıblar

Gəncədə avtoxuliqanlar saxlanılıblar Gəncədə avtoxuliqanlar saxlanılıblar.
Hadisə
131
30 Yanvar , 2020 13:19
Gəncədə avtoxuliqanlar saxlanılıblar

Gəncədə avtoxuliqanlar saxlanılıblar.

Bu barədə "Report"un Qərb mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən bir qrup sürücü saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Araşdırmalarla polis əməkdaşları tərəfindən saxlanılan Gəncə şəhər sakinləri Nail Rzayev, Eldəniz Nəcəfov, Suliddin Novruzov və Taleh Məmmədovun müxtəlif vaxtlarda şəhərin bəlli küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etmələri məlum olub.

“Mercedes”, “VAZ-21074” markalı avtomobilləri idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan bu şəxslər barəsində Gəncə Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi