​“Mercedes” ağaca çırpılaraq parçalanıb, sürücü ölüb

​“Mercedes” ağaca çırpılaraq parçalanıb, sürücü ölüb Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
3 Avqust , 2015 17:05
​“Mercedes” ağaca çırpılaraq parçalanıb, sürücü ölüb

Bakı. 3 avqust. REPORT.AZ/ Zaqatala-Muxax avtomobil yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Report”un xəbərinə görə, Zaqatala rayonu Muxax kəndinin sakini, 26 yaşlı Arif Həmzəyev idarə etdiyi “Mercedes” markalı 99 DK 414 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb. Zərbənin gücündən maşın qəzadan sonra bir neçə yerə parçalanaraq deformasiyaya uğrayıb. Sürücü Arif Həmzəyev aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi