Yuxarı

​Mənzildə köməksiz vəziyyətdə qalan üç nəfər xilas edilib

Hadisələr Bakı və Sumqayıt şəhərlərində qeydə alınıb

Bakı. 31 yanvar. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərlərində köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun "112” qaynar telefon xəttinə daxil olmuş məlumatlara əsasən, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerlərinə cəlb olunublar.

FHN əməkdaşları Sumqayıtda yıxılmış vəziyyətdə olan ağır çəkili vətəndaşa müvafiq köməklik göstərərək mənzildə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Bakının Pirallahı rayonunda isə dörtmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə 1 nəfər halsız vəziyyətdə aşkar edilib və o, Təcili Tibbi Yardım Xidmətinin həkimlərinə təhvil verilib.

Digər hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Daxil olan məlumata görə, bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısını bayır tərəfdən açaraq daxil olublar. Xilasedicilər mənzilə baxış keçirərkən insan faktoru aşkarlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi