“Mənzil dələduzluğu”nda ittiham edilənə bəraət verildi

“Mənzil dələduzluğu”nda ittiham edilənə bəraət verildi Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
16 Mart , 2020 11:41
“Mənzil dələduzluğu”nda ittiham edilənə bəraət verildi
stock.adobe

Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqda ittiham edilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Quliyev barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, S.Quliyev dələduzluq və rüşvət verməyə təhrik etmə maddələri ilə ittiham edilirdi.

İttihama görə, ''Bulaq-2'' Mənzil Tikinti Kooperativi (MTK) Binəqədi rayonu Cəfər Xəndan küçəsində inşa etdiyi çoxmərtəbəli bina vaxtında inşa edilməyib və mənzillər 2-3 nəfərə satıb.

İş üzrə ümumilikdə 27 nəfər zərərçəkmiş şəxs var.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən MTK-nın rəhbəri Elmira Şirinova və MTK-da işləmiş S.Quliyevə ittiham verilib.

İş üzrə təqsirləndirlən digər şəxs E.Şirinova isə vəfat etdiyi üçün onun barəsinə başlanmış cinayət işinə xitam verilib.

Qeyd edək ki, S.Quliyev həmçinin Binəqədi bələdiyyəsinin sədrinin müavini olub. 

Son xəbərlər

Orphus sistemi