Yuxarı

Məmurun qardaşına qarşı 610 min manatlıq dələduzluq edən şəxs məhkəmə zalında həbs olunub

​Məmurun qardaşına qarşı 610 min manatlıq dələduzluq edən şəxs məhkəmə

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında İ.Xıdırovun 10 il, N.Mustafayevin isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttiham aktına əsasən, İ.Xıdırov dələduzluq əməllərini N.Mustafayev vasitəsilə törədib. Onlar İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd edib, lakin həmin şəxsləri aldadıblar.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Nəsimi Rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.

Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 dollar, Tamilla Əliyevadan 28 min dollar almaqla dələdzuluq ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi