Yuxarı

Məmur və onun həyat yoldaşına qarşı dələduzluq edən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Bakı. 23 fevral. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, A.Məhərrəmovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttiham aktına əsasən, iş üzrə zərərçəkmiş qismində Ramin Babayev və onun həyat yoldaşı Fərqanə Babayeva tanınıb. Hər iki şəxs Abşeronda iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu alaraq Türkiyəyə qaçıb. Onların barəsində cinayət işi başlanılıb və A.Məhərrəmov həbs edilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv olunub və A.Məhərrəmov məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, R.Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi