​Məmməd İbrahimin məhkəməsində ekspert ifadə verib

​Məmməd İbrahimin məhkəməsində ekspert ifadə verib Növbəti proses martın 7-nə təyin edilib
Hadisə
29 Fevral , 2016 13:49
​Məmməd İbrahimin məhkəməsində ekspert ifadə verib

Bakı. 29 fevral. REPORT.AZ/ Bu gün Nərimanov Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə davam etdirilib.

"Report"un məlumatına görə, hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Anar İsmayılov və iş üzrə rəy vermiş ekspert Sirac Dadaşov ifadə verib.

S.Dadaşov məhkəmədə dindirilərkən ilkin verdiyi rəyi təsdiqləyib.

Növbəti proses martın 7-nə təyin edilib.

Qeyd edək ki, Məmməd İbrahim 2014-cü ildə AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə 2015-ci il sentyabrın 30-da həbs olunub. Əvvəlcə ona qarşı Cinayət Məcəlləsinin (CM) 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisədən bir ay sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra M.İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılaraq CM-nin 221.2.2-ci (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsinə tövsif olunub.

Son xəbərlər

Orphus sistemi