Bakı. 13 dekabr. REPORT.AZ/ Qəbələ rayonunda məktəb kitabxanası yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Tikanlı kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 3960 kv.m olan (hər mərtəbəsi 1960 kv.m ) ikimərtəbəli kənd orta məktəbinin birinci mərtəbəsində kitabxanada 1 kv.m sahəyə yığılan köhnə kitablar yanıb. Məktəbin binası yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Məktəb kitabxanasında yanğın baş verib
Hadisə
2204
13 Dekabr , 2014
16:56


Son xəbərlər
