Mehriban Zeynalova və Əliməmməd Nuriyev DİN yanında İctimai Şuraya üzv seçiliblər

Mehriban Zeynalova və Əliməmməd Nuriyev DİN yanında İctimai Şuraya üzv seçiliblər Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi.
Hadisə
5 İyun , 2021 11:58
Mehriban Zeynalova və Əliməmməd Nuriyev DİN yanında İctimai Şuraya üzv seçiliblər

Məlum olduğu kimi əvvəlcədən verilmiş elana uyğun olaraq, iyunun 3-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirildi.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, seçkinin qanunvericiliyin tələblərinə uyğun və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlər tətbiq edilib. Seçkidən öncə əlçatanlığın və şəffaflığın təmini məqsədilə qeydə alınmış namizədlərin və seçicilərin siyahıları DİN-in rəsmi saytında (mia.gov.az) və bütün sosial şəbəkələrdəki rəsmi səhifələrində (polisazerbaycan) əvvəlcədən yerləşdirilib. Seçki günü namizədlərdən yalnız 2 nəfəri – Mehriban Zeynalova və Əliməmməd Nuriyev yetərli səs toplayaraq seçiliblər.

Digər namizədlərin seçilməsi üçün iyun ayının 7-də saat 10:00-da DİN-in Azadlıq prospektindəki inzibati binasında təkrar seçkinin keçirilməsinə qərar verilib. Seçkinin nəticəsindən narazı qalan namizədləri, onların nümayəndələrini, eləcə də maraqlı olan KİV təmsilçilərini növbəti seçki prosesini izləməyə dəvət edirik.

Tələb olunan sayda səs toplaya bilməyən 38 namizəddən isə yalnız 5 nəfərin qeyri-obyektivlik göstərərək seçkinin nəticələrinə şübhə ilə yanaşmaları təəssüf doğurur. Bir daha bildiririk ki, seçki qanunvericiliyin tələblərinə uyğun şəffaf atmosferdə keçirilib. Biz seçkidə iştirak edən namizədlərin hər birinə, seçilib-seçilməməsindən asılı olmayaraq həmişə hörmətlə yanaşmışıq və bundan sonra da bu münasibət davam etdiriləcəkdir.

Son xəbərlər

Orphus sistemi