Mehriban Zəki dəhşətli qəzadan danışıb: "Həmin an Oqtayın səsi belə çıxmadı"

Mehriban Zəki dəhşətli qəzadan danışıb: "Həmin an Oqtayın səsi belə çıxmadı" Mehriban Zəki: "Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı"
Hadisə
24 Mart , 2023 11:56
Mehriban Zəki dəhşətli qəzadan danışıb: Həmin an Oqtayın səsi belə çıxmadı

“Hər zaman hay-küylü, coşub daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay... Oqtay... Oqtay... O isə susurdu. O susurdu, maşın çevrilirdi...”.

“Report” xəbər verir ki, bunu Xalq artisti Mehriban Zəki sosial şəbəkə hesabında yazıb.

“İlk tanıdığım gündən hər zaman bütün problemlərin həllini tapar, xəstələnəndə belə problem yoxdur keçib gedəcək deyər, insanları yalnız gülərüz görmək istər, hər zaman hamını süfrə başına yığar, həmin süfrəni şəxsən özü açmaqdan zövq alar, bütün arzularında İrəvana getmək istərdi” - o qeyd edib.

Xalq artisti yazıb ki, bu sadəcə qəzavü-qədər idi: “Mən sağalacam. Qolum da, qabırğalarım da bitəşəcək, üzüm də bərpa olacaq.

Dilarə də inşallah özünü toparlayar. O çox güclü qadındır.

Amma Oqtay əbədi susacaq. Allah sizə rəhmət eləsin, Oqtay.

Martın 22-si belə yazıldı bizimçün”.

Qeyd edək ki, martin 22-də Abşeron rayonu ərazisində O.Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobili sürən O.Əliyev vəfat edib, Xalq artisti Mehriban Zəki yaralanıb, O.Əliyevin həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Son xəbərlər

Orphus sistemi