Yuxarı
    Bağlamaq

    Mehman Hüseynovun apellyasiya şikayəti üzrə qərar sabah elan olunacaq

    O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib

    Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində bloger Mehman Hüseynovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynov çıxış edib.

    O, günahsız olduğunu bildirib: "Polis idarəsində olan videogörüntüyə baxılsa, mənim günahsız olduğum sübuta yetirilər".

    Daha sonra məhkəmə heyəti müşavirəyə yollanıb. Məhkəmə sabah qərarı elan edəcək.

    Xatırladaq ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

    Suraxanı Rayon Məhkəməsinin qərarı ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi