Penitensiar xidmət və polis birgə əməliyyat keçirib

Penitensiar xidmət və polis birgə əməliyyat keçirib Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat keçirib.
Hadisə
9 Avqust , 2021 10:46
Penitensiar xidmət və polis birgə əməliyyat keçirib

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat keçirib.

Penitensiar xidmətdən "Report"a verilən məlumata görə, əməliyyat-axtarış tədbiri nəticəsində hazırda Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Şahin Mirsahib oğlu Ağayevin yaşadığı Lənkəran rayonu Göyşaban kəndindəki fərdi yaşayış evində saxladığı 55,106 qram narkotik vasitə “Heroin” və 19,134 qram psixotrop maddə “Metamfetamin” aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi