Yuxarı

Məhkum qardaşına corabında telefon keçirmək istəyən şəxs saxlanılıb

Dostundan isə narkotik maddə aşkarlanıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıdakı 2 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyalar keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə "Report"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, xidmət əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 2 saylı CÇM -də cəza çəkən məhkum Emil Firdovsi oğlu Əlizadənin yanına qısamüddətli görüşə gələn dostu, Bakı şəhər sakini Etibar Seyran oğlu Bədələvun və qardaşı, Cəlilabad rayon sakini Tunar Firdovsi oğlu Əlizadənin üzərinə baxış keçirilən zaman E.Bədələvun hər iki corabında gizlədilən, 2 ədəd bükülüdə xalis çəkisi 5,584 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 11,4 qram olan narkotik vasitə - həşiş qətranı, T.Əlizadənin hər iki corabında gizlədilən, 1 ədəd “Nokia”, 1 ədəd “Kenxinda” markalı mobil telefon aparatı və 1 ədəd qulaqcıq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, E.Əlizadə Cinayət Məcəlləsinin 221.1,29; 120.2.2 və 66.3 maddələrinə əsasən 7 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi