Məhkəmənin qarşısında quldurluq edən şəxsə hökm oxunub

Məhkəmənin qarşısında quldurluq edən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hadisə
15 İyul , 2019 12:32
Məhkəmənin qarşısında quldurluq edən şəxsə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda ittiham edilən Səid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S.Vəliyev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Vəliyev Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, ittihama görə, 1997-ci il təvəllüdlü S.Vəliyev mühakimə olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında tanımadığı İlkin Abdullayev adlı şəxsə yaxınlaşaraq pul istəyib. İlkin qorxaraq cibində olan 11 manatı Səidə verib. İttihamda o da göstərilir ki, Səid aldığı 11 manatdan ikisini İlkinə geri qaytarıb ki, yol pulu etsin. Bundan sonra Səid polis əməkdaşları tərəfindən saxlanılıb.

O, digər şəxsə qarşı da eyni əməli törətməkdə ittiham edilir. 

Son xəbərlər

Orphus sistemi