Məhkəmələrdə 4 499 şəxs barəsində cinayət işi ilə bağlı qərar verilib

Məhkəmələrdə 4 499 şəxs barəsində cinayət işi ilə bağlı qərar verilib Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Hadisə
817
1 Sentyabr , 2020 11:35
Məhkəmələrdə 4 499 şəxs barəsində cinayət işi ilə bağlı qərar verilib

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu günün rəqəmi isə 4 499-dur. 

Belə ki, 2020-ci ilin I yarımili ərzində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə birinci instansiya məhkəmələrində 4 499 şəxs barəsində cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib. 

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi