Məhkəmədə Nərmin Quliyevanın əmisi dindirilib

Məhkəmədə Nərmin Quliyevanın əmisi dindirilib Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hadisə
27 Oktyabr , 2021 18:56
Məhkəmədə Nərmin Quliyevanın əmisi dindirilib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən şahid qismində ifadə verib.

O, təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırıb.

Qeyd edək ki, A.Quliyev ötən prosesdə də ifadə vermişdi, lakin təqsirləndirilən şəxsin müdafiəçilərinin suallarını cavablandırarkən ortaya ziddiyyətli cavablar çıxdığından ifadəsinin növbəti məhkəmədə davam etdirilməsinə qərar verilmişdi.

Məhkəmənin növbəti iclası noyabrın 3-nə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi