Məhkəmə yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilən şəxsə bəraət verib Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib
Hadisə
19 Oktyabr , 2016 10:21
Məhkəmə yol hərəkəti qaydalarını pozmaqda təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilən İsmayıl Rafiq oğlu Bayramovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, İ.Bayramovun apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İ.Bayramov Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə İ.Bayramov bir neçə il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Bayramov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi