Məhkəmə tanınmış iş adamının müflis olduğuna dair ərizəni əsaslı hesab edib

Məhkəmə tanınmış iş adamının müflis olduğuna dair ərizəni əsaslı hesab edib Restrukturizasiya planının təsdiq edilməsinə dair iclas dekabrın 15-nə təyin olunub
Hadisə
29 Avqust , 2016 20:08
Məhkəmə tanınmış iş adamının müflis olduğuna dair ərizəni əsaslı hesab edib

Bakı. 29 avqust. REPORT.AZ/ Moskva vilayətinin Arbitraj Məhkəməsi VTB qrupuna daxil edilən "BM-Bank"ın (keçmiş Bank Moskva) Çərkəz bazarının keçmiş sahibi, AST şirkətlər qrupunun yaradıcısı Telman İsmayılovun müflis olduğuna dair ərizəni əsaslı hesab edib.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, məhkəmə onun barəsində müflisləşmənin ilkin proseduru hesab edilən borc restrukturizasiyasını təsdiqləyib.

Məhkəmə restrukturizasiya planının təsdiq edilməsinə dair iclası dekabrın 15-nə təyin edib.  

Son xəbərlər

Orphus sistemi