Məhkəmə "SMT İnşaat”ın cərimələnməsi barədə qərarı ləğv edib

Məhkəmə "SMT İnşaat”ın cərimələnməsi barədə qərarı ləğv edib Bakı Apelyasiya Məhkəməsində SMT İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1096 ABŞ dolları (təxminən 1863 manat) cərimələnməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.
Hadisə
17 Avqust , 2019 15:27
Məhkəmə SMT İnşaat”ın cərimələnməsi barədə qərarı ləğv edib

Bakı Apelyasiya Məhkəməsində "SMT İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1096 ABŞ dolları (təxminən 1863 manat) cərimələnməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən iclasda şirkətin cərimə edilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3 iyun 2019-cu il qərarı ləğv edilib və iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələmişdi.

Bu inzibati xətaya görə hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“SMT İnşaat” tikinti fəaliyyəti ilə məşğul olan şirkətdir. 

Son xəbərlər

Orphus sistemi