Sumqayıt Apelyasiya Məhkəməsi şirkətin cərimələnməsi barədə qərarı ləğv edib

Sumqayıt Apelyasiya Məhkəməsi şirkətin cərimələnməsi barədə qərarı ləğv edib Sumqayıt Apelyasiya Məhkəməsi “Design One” MMC-nin 5846 avro (təxminən, 11 10 manat) cərimə olunması barədə qərar ləğv edib.
Hadisə
5 İyul , 2019 17:15
Sumqayıt Apelyasiya Məhkəməsi şirkətin cərimələnməsi barədə qərarı ləğv edib

Sumqayıt Apelyasiya Məhkəməsi “Design One” MMC-nin 5846 avro (təxminən, 11 10 manat) cərimə olunması barədə qərar ləğv edib.

"Report"un xəbərinə görə, cərimə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokla əsasən müəyyənləşdirilib.  

Sumqayıt Apelyasiya Məhkəməsi şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4 maddəsi ilə təqsirli bilinməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2019-cu il tarixli qərarını ləğv edib.“

Qərara əsasən, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.

İXM-in 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Design One” MMC barəsində tərtib edilən inzibati xəta haqqında protokola əsasən, şirkət 41014,19 avro məbləğində olan vəsaiti bank hesabından 13 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürüb. Ödənişin aparıldığı vaxtdan 270 gündən artıq müddət keçsə də, 29231,59 avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməyib, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmayıb. Buna görə də “Design One” İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizi məbləğində, yəni 5846 avro 31 sent məbləğində cərimə olunub.

Qeyd edək ki, 2014-cü ildə təsis edilən “Design One” şirkəti öz fəaliyyətinə mətbəx şourumu kimi başlayıb, 2017-ci ildən isə məkan dizaynı sahəsi üzrə də fəaliyyət göstərməyə başlayıb. 

Son xəbərlər

Orphus sistemi