Məhkəmə "Sahil" bağında qətl törədən şəxsin vəsatətini qismən təmin edib

Məhkəmə "Sahil" bağında qətl törədən şəxsin vəsatətini qismən təmin edib Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin olunub
Hadisə
4 Dekabr , 2015 16:29
Məhkəmə Sahil bağında qətl törədən şəxsin vəsatətini qismən təmin edib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. "Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə təyin edilən yeni vəkil Ramin Əliyevin ötən iclasda qaldırdığı vəsatətə baxılıb.

Vəkil R.Əliyev E.Çobanovun Cinayət Məcəlləsinin ittiham olunduğu 120.2.2-ci və 29.120.2.7-ci maddələrinin 129-cu maddəyə tövsif olunmasını istəyib. Vəsatət qismən təmin edilib.

Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən E.Çobanova 18 il həbs cəzası verilməsini istəyib.

Qeyd edək ki, hadisə bu il yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi