Məhkəmə prokurorun sabiq nazir müavininin qohumuna dair protestini təmin etməyib

Məhkəmə prokurorun sabiq nazir müavininin qohumuna dair protestini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
13 Aprel , 2017 09:39
Məhkəmə prokurorun sabiq nazir müavininin qohumuna dair protestini təmin etməyib

Bakı. 13 aprel. REPORT.AZ/ Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi qərarından dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayətləri veriblər.

Bu barədə "Report"a vəkil Emil Aslanov bildirib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Barəsində həbs qətimkan tədbiri seçilən E.Hüseynov məhkəməyə müraciət edib. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Səbail Rayon Məhkəməsində, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur.

Son xəbərlər

Orphus sistemi