Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Bakı. 14 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən RoyalBankın sabiq əməkdaşı Kərim Əhədin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
14 Avqust , 2018 09:32
Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin barəsində olan hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı K.Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

Belə ki, qoyulan depozitlərlə alınanan mallar satıldıqdan sonra digər şəxslər də gəlirdən qazanc əldə edəcəklərmiş. Amma işlər normal getməyib və R.Cəfərquliyev aldığı pulları geri qayatara bilməyib. Bu səbəbdən də depozit olaraq R.Cəfərquliyevə pul verən şəxslər ondan şikayətçi olublar.

R.Cəfərquliyev və K.Əhəd məhkəmədə özlərini təqsirli bilmədiyini deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə hər iki şəxsə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmndən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi