Yuxarı

Məhkəmə polis həmkarını öldürən şəxsin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb

Məhkəmə polis həmkarını öldürən şəxsin vaxtından əvvəl azadlığa buraxılması barədə qərar çıxarıb
Məhkəmə onun ərizəsini təmin edib

Bakı. 22 may. REPORT.AZ/ Qaradağ Rayon Məhkəməsində polis həmkarı olan keçmiş qaynını qətlə yetirən Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb.

"Report"un məlumatına görə, məhkəmə onun ərizəsini təmin edib.

Məhkəmə T.Qafarovu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan prokuror apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ittiham aktına əsasən, 2009-cu il dekabrın 1-də Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 251 ünvanında ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı, polis çavuşu Zaur Əliyevi bıçaqla qətlə yetirib.

2010-cu ilin avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin hökmü ilə T.Qafarov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi