Yuxarı
    Bağlamaq

    Məhkəmə “Naviqator Mobil Servises”in "Report" İnformasiya Agentliyinə qarşı iddiasını təmin etməyib

    Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib

    Bakı. 9 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Naviqator Mobil Servises” MMC-nin "Report" İnformasiya Agentliyinə (İA) qarşı qaldırdığı iddia əsasında məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
    "Report"un məlumatına görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
    Qərara əsasən, “Report" İA-nin apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv olunub. Məhkəmə “Naviqator Mobil Servises” MMC-nin iddia tələbini rədd edib.
    Qeyd edək ki, “Naviqator Mobil Servises” MMC 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsi və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Şirkət müraciətində bildirib ki, “Naviqator Mobil Servises” MMC barədə “Report" İA tərəfindən həqiqətə uyğun olduğu sübuta yetirilməyən, şirkətin işgüzar nüfuzunu alçaldan məlumatların, həmin məlumatların yayıldığı www.report.az internet saytında təkzib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və şirkətin işgüzar nüfuzunun ləkələnməsi nəticəsində dəymiş maddi ziyanın iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.
    2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 03.08.2016-cı il tarixli qətnaməsi ilə “Naviqator Mobil Servises” MMC-nin iddia tələbi qismən təmin edilib. Məhkəmə iddiaçı “Naviqator Mobil Servises” MMC barədə “Report" İA tərəfindən həqiqətə uyğun olması sübuta yetirilməyən məlumatların, həmin məlumatların yayıldığı www.report.az internet saytında təkzib edilməsi vəzifəsi “Report" İA-nın üzərinə qoyulması barədə qərar çıxarıb. Bundan başqa, cavabdeh “Report" İA-dən iddiaçı “Naviqator Mobil Servises” MMC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun 10 manat hissəsində əvəzi tutulması ilə bağlı qərar verilib. İddiaçının işgüzar nüfuzunun ləkələnməsi nəticəsində şirkətə dəymiş maddi ziyanın cavabdehdən “Naviqator Mobil Servises” MMC-nin xeyrinə tutulması hissəsində isə iddia tələbi rədd edilib.
    Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdi.

    “Report" İA-nin nümayəndəsi Kamandar Nəsibov bildirib ki, iddiaçı “Naviqator Mobil Servises” MMC tərəfindən məhkəməyə təqdim edilmiş apellyasiya şikayətində göstərilənlərin heç biri hüquqi əsası yoxdur: "Belə ki, apellyasiya instansiya məhkəməsi məhkəmə prosesi gedişatında sözügedən apellyasiya şikayətində mübahisələndirilən məsələləri ədalətli şəkildə, hərtərəfli və tam obyektiv araşdırıb, eləcə də, qanuni qətnamə qəbul edilməsi üçün tələb olunan bütün sübutlar tərəfimizdən məhkəməyə təqdim olunub. Bakı Apellyasiya Məhkəməsi də bunun əsasında əsaslı və qanuni qətnamə qəbul edib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi