Məhkəmə Leyla Yunus və Arif Yunusun ölkədən müvəqqəti çıxması ilə bağlı ərizəsinə baxıb

Məhkəmə Leyla Yunus və Arif Yunusun ölkədən müvəqqəti çıxması ilə bağlı ərizəsinə baxıb Qərardan apellyasiya şikayəti veriləcək
Hadisə
11 Fevral , 2016 13:50
Məhkəmə Leyla Yunus və Arif Yunusun ölkədən müvəqqəti çıxması ilə bağlı ərizəsinə baxıb

Bakı. 11 fevral. REPORT.AZ/ “Sülh və Demokratiya İnstitutu”nun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus müalicə almaq üçün müvəqqəti Azərbaycan Respublikası hüdudlarından kənara çıxamağa icazə verilməsi üçün Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət ediblər. “Report”un xəbərinə görə, bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, həkim ekspertin rəyinə əsasən Leyla Yunus xroniki hepatit, arterial hipertenziya, şəkərli diabet xəstəliklərindən əziyyət çəkir, öd kisəsindəki bir böyük daş pankreatit fəsadlarla şiddətli qarın ağrılarına səbəb olur və bu xəstənin xəstəxanada yerləşdirilməsinə, daşın çıxarılması üçün təcili əməliyyat olunmasına ehtiyac var: “Arif Yunus isə şiddətli, həyati təhlükəli arterial hipertenziya (3-cü dərəcə, 240/120), 2 dəfə iflicdən sonrakı vəziyyət, arxa boyun nahiyəsində naməlum ağrılarlardan əziyyət çəkir, gələcək fəsadların, həmçinin xəstənin ölümünün qarşısının alınması üçün onun yüksək ixtisaslaşdırılmış xəstəxana şəraitində nəzarət altında olması zəruridir”.

Vəkil bildirib ki, ərizəyə bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb. İddia ərizəsi təmin edilməyib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Son xəbərlər

Orphus sistemi