Məhkəmə "Eurovision-2012"də terror törətməkdə təqsirləndirilən dəstə üzvünün müraciətini təmin etməyib

Məhkəmə "Eurovision-2012"də terror törətməkdə təqsirləndirilən dəstə üzvünün müraciətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb
Hadisə
13 Noyabr , 2018 09:43
Məhkəmə Eurovision-2012də terror törətməkdə təqsirləndirilən dəstə üzvünün müraciətini təmin etməyib

Bakı. 13 noyabr. REPORT.AZ/ "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Bakıda və regionlarda terror hadisələri planlaşdırmaqda və “SEPAH”la əlaqələrdə təqsirləndirilən dəstənin üzvü Rəcəb Abbasov barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət edib.

“Report”un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin etməyib.

Daha sonra məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi də onun apellyasiya şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən saxlayıb.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, o cümlədən Qax, Zaqatala, Şəki, Quba rayonlarında xüsusi əməliyyat keçirib, terror hadisələri planlaşdırmaqda şübhəli bilinən ümumilikdə 40 nəfəri zərərsizləşdirib. Qrup üzvlərinin cinayət işləri mahiyyəti üzrə ayrı-ayrılıqda araşdırılıb.

Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 29,214.2.1, 29,214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən, təkrar terrorçuluq törətməyə cəhd), 206.4-cü (qaçaqmalçılıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamal Yaqubov 14 il, Rəşad Şahbazov 13 il 6 ay, Rəcəb Abbasov və Afiq Allahverdiyevin isə hərəsi 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib. Həmin vaxt R.Abbasov apellyasiya şikayəti verməyib.

Son xəbərlər

Orphus sistemi