Məhkəmə "Emin Naxçıvanski"nin cəzasını azaldıb

Məhkəmə "Emin Naxçıvanski"nin cəzasını azaldıb Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilən, kriminal aləmdə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 Aprel , 2018 12:07
Məhkəmə Emin Naxçıvanskinin cəzasını azaldıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 9 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qanunsuz silah saxlamaqda təqsirləndirilən, kriminal aləmdə "Emin Naxçıvanski" kimi tanınan Emin Qasımovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Qərara əsasən, E.Qasımovun 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 ilə endirilib.

Qeyd edək ki, E.Qasımov Cinayət Məcəlləsinin 228-ci (soyuq silah saxlamaqda) təqsirli bilinir. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, E.Qasımov dəfələrlə məhkum olunub. Onun "qanuni oğru", mərhum "Rövşən Lənkaranski"nin yaxın adamı Hacıbaba Talıbovla ("Hacı Beyləqanski") yaxın münasibətdə olduğu bildirilir.

Həmçinin E.Qasımovun qardaşı Elnur Qasımov da kriminal aləmdə "qardaşoğlu" ləqəbi ilə tanınır. O da bir müddət əvvəl azadlığa çıxıb.

Son xəbərlər

Orphus sistemi