Məhkəmə Dövlət Komitəsinin şirkətlə bağlı inzibati protokoluna xitam verib

Məhkəmə Dövlət Komitəsinin şirkətlə bağlı inzibati protokoluna xitam verib Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib
Hadisə
15 İyun , 2018 12:08
Məhkəmə Dövlət Komitəsinin şirkətlə bağlı inzibati protokoluna xitam verib

Bakı. 15 iyun. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin 16 saylı Şamaxı Ərazi Şöbəsi "Aras" MMC barəsində inzibati protokol tərtib edib.

"Report"un xəbərinə görə, inzibati protokolda qeyd edilib ki, MMC tərəfindən Şamaxı rayonu, II Cabanı bələdiyyəsi ərazisində qum-çınqıl doğraması üçün texniki avadanlıqlar quraşdıraraq torpağın üst münbit qatının korlanması aşkar edilib.

Toplanmış sənədlər əsasında 16 saylı Şamaxı Ərazi Şöbəsinin məsləhətçisi Fərid Nağdaliyev tərəfindən "Aras" MMC-nin İnzibati Xətalar Məcəlləsinin (İXM) 244.2-ci (torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə) maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi barədə inzibati protokol tərtib olunub.

Daha sonra Şamaxı Rayon Məhkəməsi başlanılmış inzibati işin icraatına xitam verilməsi barədə qərar çıxarıb. Qərardan narazı qalan 16 saylı Şamaxı Ərazi Şöbəsinin müdiri Rauf Binnətov apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib.

Son xəbərlər

Orphus sistemi