Yuxarı
    Bağlamaq

    Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət hökmü çıxarıb

    Hakim Ramil Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 16 mart. REPORT.AZ/ Suraxanı Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
    Bu barədə "Report"a vəkil Ülkər Yusifova məlumat verib.
    Onun sözlərinə görə, hakim Ramil Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə Ə.Əliyevin barəsində bərəat hökmü çıxarıb.
    Ü.Yusifova bildirib ki, Ə.Əliyev barəsində daha əvvəl Suraxanı Rayon Məhkəməsində bəraət hökmü çıxarılıb, prokuror isə apellyasiya protesti verib: "Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Həmin qərardan kassasiya protesti verildi. Ali Məhkəmə isə qərarı ləğv edib, işə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə cinayət işi birinci intansiya məhkəməsinə qaytarıldı. Suraxanı Rayon Məhkəməsi isə müvəkkilim barəsində yenidən bəraət hökmü çıxardı".

    Qeyd edək ki, Ə.Əliyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi