Yuxarı
    Bağlamaq

    Məhkəmə biznesmenin dələduzluqda təqsirləndirilən arvadının vəsatətlərini təmin etməyib

    Məhkəmənin baxış iclası mayın 10-a təyin edilib

    Bakı. 4 may. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində saxta sənəd düzəltməkdə və dələduzluqda təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri Vasif İsrafilov və Janna Bağırova vəsatətlə çıxış ediblər.

    Müdafiəçilər cinayət işinə xitam verilməsini və işin yenidən istintaqa qaytarılması istəyiblər. Onların sözlərinə görə, T.Abdullayevanın barəsində irəli sürülmüş ittihamın əsassızdır.

    Zərərçəkmiş şəxsin nümayəndəsi Ceyhun Yusifov isə vəsatət qaldıraraq, T.Abdullayeva barəsində olan heç yerə getməmək bağlı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini tələb edib.

    Məhkəmə vəsatətlərin heç birini təmin etməyib.

    Məhkəmənin baxış iclası mayın 10-a təyin edilib.

    Qeyd edək ki, T.Abdullayeva ötən il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

    T.Abdullayeva barəsində cinayət işi həyat yoldaşı, biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, arvadı T.Abdullayeva birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi