Məhkəmə taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin cinayət işini yenidən prokurorluğa qaytarıb

Məhkəmə taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin cinayət işini yenidən prokurorluğa qaytarıb Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul Məmmədov və Ramiq Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
6 Fevral , 2019 12:02
Məhkəmə taksi sürücülərinə qarşı quldurluq edən şəxslərin cinayət işini yenidən prokurorluğa qaytarıb
0 : 00
0 : 00

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücülərinə qarşı quldurluq etməkdə təqsirləndirilən Rəsul MəmmədovRamiq Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən R.Məmmədovun vəkili Xəqani İmanov vəsatət qaldırıb. O, cinayət işində kobud pozuntular olduğunu, işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.

Vəsatət təmin edilib, cinayət işi yenidən prokurorluğa qaytarılıb.

Qeyd edək ki, hadisə ötən il Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbədə kirayədə yaşayan 22 yaşlı Rəsul Məmmədov otaq yoldaşı, 26 yaşlı Ramiq Hüseynzadə ilə taksi sürücülərini "soymaq" qərarına gəliblər. Onlar iki gün ərzində gecə saatlarında iki avtomobilə müştəri kimi əyləşərək naməlum istiqamətə sürdürüblər. Sonra isə sürücülərə bıçaqla hədə-qorxu gələrək soyğunçuluq ediblər.

Rəsul Məmmədov və Ramiq Hüseynzadə iki avtomobildən, ümumilikdə, 68 manat pul və 3 ədəd mobil telefon götürərək aradan çıxıblar. Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi