Məhkəmə bəraət alan şəxsin barəsində prokurorun verdiyi protesti təmin etməyib

Məhkəmə bəraət alan şəxsin barəsində prokurorun verdiyi protesti təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
22 Oktyabr , 2016 09:26
Məhkəmə bəraət alan şəxsin barəsində prokurorun verdiyi protesti təmin etməyib

Bakı. 22 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Nicat Əsədov barəsində çıxarılan bəraət hökmündən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, N.Əsədovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, N.Əsədov soyğunçuluqda təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq, yəni özgənin əmlakını açıq talama) maddəsi ilə ittiham olunub.

Yasamal Rayon Məhkəməsi N.Əsədov barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib.

Son xəbərlər

Orphus sistemi