Məhkəmə “Bakı Taksi” və “Baghlan Group” MMC-nin apellyasiya şikayətini təmin etməyib

Məhkəmə “Bakı Taksi” və “Baghlan Group” MMC-nin apellyasiya şikayətini təmin etməyib Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası əsasında “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-yə qarşı məhkəmə çəkişməsi davam etdirilib.
Hadisə
24 Noyabr , 2017 09:25
Məhkəmə “Bakı Taksi” və “Baghlan Group” MMC-nin apellyasiya şikayətini təmin etməyib

Bakı. 24 noyabr. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası əsasında “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-yə qarşı məhkəmə çəkişməsi davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-nin verdiyi apellyasiya şikayətinə baxılıb.

Hakim Afaq Nuriyevanın sədrliyi ilə keçirilən iclasda MMC-lərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC “Bakı Taksi” MMC və “Baghlan Group” MMC-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Bank borcun tutulması barədə tələb irəli sürüb.

Lakin borcun məbləği açıqlanmayıb.

Məhkəmə iddianı təmin edib.

Qərardan narazı qalan MMC-lər apellyasiya şikayəti veriblər.

Xatırladaq ki, “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi