Yuxarı

​Məhkəmə “Azərsutikinti” ASC-nin işi üzrə ekspertiza təyin edib

ASC aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb

Bakı. 14 yanvar. REPORT.AZ/ “Azərsutikinti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Samur-Abşeronsutikinti” Törəmə Müəssisəsinin Vergilər Nazirliyi (VN) yanında Bakı Vergilər Departamentinə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən sonuncu prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, iş üzrə ekspertiza təyin edilib.

Qeyd edək ki, ötən il “Azərsutikinti” ASC-nin “Samur-Abşeronsutikinti” Törəmə Müəssisəsi VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC aktın və qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddia tələbini təmin etməyib. Qərardan narazı qalan müəssisə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi