Məhkəmə Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb

Məhkəmə Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib
Hadisə
20 Fevral , 2017 14:19
Məhkəmə Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya edilməsi barədə qərar çıxarıb
Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yıldız Suat Dursunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. O, ifadəsində ölkəsinə göndərilməsini məhkəmədən xahiş edib.

Daha sonra məhkəmə qərarı elan edib. S.Yıldızın Türkiyə Respublikasına ekstradisiya olunması barədə qərar çıxarılıb.

Qeyd edək ki, S.Yıldız Azərbaycanda Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilinərək Bakıda həbs edilib. O, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi