Məhkəmə Azərbaycanda həbs edilən iranlı iş adamının ölkəsinə ekstradisiyası barədə qərar çıxarıb

Məhkəmə Azərbaycanda həbs edilən iranlı iş adamının ölkəsinə ekstradisiyası barədə qərar çıxarıb Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İranda axtarışda olan Milani Ebrahimi öz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası başlayıb.
Hadisə
11 İyun , 2018 11:58
Məhkəmə Azərbaycanda həbs edilən iranlı iş adamının ölkəsinə ekstradisiyası barədə qərar çıxarıb
0 : 00
0 : 00

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İranda axtarışda olan Milani Ebrahimi öz ölkəsinə təhvil verilməsi barədə Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə iclası başlayıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatları dəqiqləşdirilən zaman E.Milani milliyyətçə azərbaycanlı olduğunu, Təbriz şəhərində yaşadığını və 16 ildir Azərbaycana gəlib-getdiyini deyib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun əməkdaşları İran vətəndaşının ölkəsinə ekstradisiya edilməsni istəyib.

E.Milani söyləyib ki, İranda bəraət alıb, lakin sənədləri qaydasında deyil: "Buna görə də məni azadlığa buraxın, sənədlərimi qaydasına salım. Mən iş adamıyam, Bakıda şirkətim var. Azərbaycanda taxıl biznesi ilə məşğulam".

Məhkəmə E.Milaninin İran İslam Respublikasına ekstradisiya olunması barədə qərar çıxarıb.

Qeyd edək ki, M.Ebrahimi İran İslam Respublikasında dələduzluq etməkdə ittiham edilərək barəsində axtarış elan olunub. Daha sonra o, Azərbaycanda həbs edilib. İran tərəfi isə onu ölkəsinə təhvil verilməsini istəyib.

Son xəbərlər

Orphus sistemi