Məhkəmə “Azərbaycan Sənaye Bankı” ASC-nin iddiasını qismən təmin edib

Məhkəmə “Azərbaycan Sənaye Bankı” ASC-nin iddiasını qismən təmin edib Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
31 May , 2017 09:48
Məhkəmə “Azərbaycan Sənaye Bankı” ASC-nin iddiasını qismən təmin edib

Bakı. 31 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Sənaye Bankı” ASC-nin “Bakı Cihazqayırma Zavodu” MMC-yə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ləğv edilib, iddia qismən təmin olunub.

Qeyd edək ki, “Azərbaycan Sənaye Bankı” ASC “Bakı Cihazqayırma Zavodu” MMC-ni məhkəməyə verib. ASC kredit borcunun ödənilməsi barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Qərardan narazı qalan “Azərbaycan Sənaye Bankı” apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi