Yuxarı
    Bağlamaq

    Məhkəmə AXCP üzvünün vəsatətini təmin etməyib

    Məhkəmənin baxış iclası mayın 2-nə təyin olunub

    Bakı. 25 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə F.Əhmədlinin vəkili Əsabəli Mustafayev vəsatətlə çıxış edib.

    O, cinayət işinə xitam verilməsini, həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

    Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini və cinayət işinin məhkəmə baxışına verilməsini tələb edib.

    Vəkilin vəsatətləri təmin edilməyib.

    Məhkəmənin baxış iclası mayın 2-nə təyin olunub.

    Qeyd edək ki, F.Əhmədli 2016-cı il avqust ayının 18-də saxlanılıb. Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun açıqlamasına əsasən, F.Əhmədli “Azərfon” MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb. Həmçinin qeyd edilib ki, F.Əhmədlinin mənzilində axtarış zamanı Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin çıxışlarının olduğu kitablar, CD-lər tapılıb.

    F.Əhmədli Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi