Bakı
"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib. Qərara əsasən, apeyasiya şikayəti təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, T.Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu il fevralın 11-də baş verib. Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.
Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.
Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib.
T.Qurbanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.