Məhkəmə "Akkord"un apellyasiya şikayətini təmin etməyib

Məhkəmə "Akkord"un apellyasiya şikayətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
101
29 Sentyabr , 2016 11:19
Məhkəmə Akkordun apellyasiya şikayətini təmin etməyib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası" ASC-nin "Dizayn Costruction" MMC-yə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Akkord"un apellyasiya şikaytəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, "Dizayn Costruction" MMC "Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası" ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edən MMC pul barədə tələb irəli sürüb. Məhkəmə MMC-nin tələbini təmin edib. Həmin qərardan narazı qalan "Akkord Sənaye Tikinti İnvestisya Korporasiyası" ASC apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi