Yuxarı
    Bağlamaq

    Məhkəmə “189 Taxi Xidməti” MMC-nin dövlət komitəsinə qarşı apellyasiya şikayətini təmin etməyib

    Birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb

    Bakı. 25 oktyabr.REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “189 Taxi Xidməti” MMC-nin Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə qarşı iddiası əsasında verdiyi məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

    "Report"un məlumatına görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, “189 Taxi Xidməti” MMC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, “189 Taxi Xidməti” MMC Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv edilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı rədd edib. Qərardan narazı qalan “189 Taxi Xidməti” MMC apellyasiya şikayəti verib. Üçüncü şəxs qismində isə “Call Center” MMC göstərilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi