Cəlilabad sakini üstünə mişar daşının düşməsi nəticəsində ölüb -YENİLƏNİB

Cəlilabad sakini üstünə mişar daşının düşməsi nəticəsində ölüb -YENİLƏNİB Cəlilabad. 7 yanvar. REPORT.AZ/ Qaradağ rayonunda daş karxanasında başına mişar daşı düşməsi nəticəsində dünyasını dəyişən fələnin şəxsiyyəti məlum olub.
Hadisə
7 Yanvar , 2019 08:57
Cəlilabad sakini üstünə mişar daşının düşməsi nəticəsində ölüb -YENİLƏNİB

Cəlilabad. 7 yanvar. REPORT.AZ/ Qaradağ rayonunda daş karxanasında başına mişar daşı düşməsi nəticəsində dünyasını dəyişən fələnin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, karxanada fəhlə işləyən, Cəlilabad rayonunun sakini Əliqasımlı kənd sakini, Mehdiyev Vüqar Əlizadə oğlu yük maşınına mişar daşı yükləyərəkən daşlardan biri qəfildən onun başına düşüb. Ağır bədən xəsarətləri alan V.Mehdiyev hadisə yerində ölüb. Onun meyiti torpağa tapşırılması üçün tibbi müayinədən sonra doğulduğu kəndə gətirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 07:56

Cəlilabad. 7 yanvar. REPORT.AZ/ Cəlilabad sakini daş karxanasında xəsarət alması nəticəsində ölüb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Qaradağ rayonunda fəaliyyət göstərən daş karxanalarının birində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan rayon sakinin karxanada fəhlə olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi