Məhbusun həyətindən tapança və narkotik maddə tapılıb

Məhbusun həyətindən tapança və narkotik maddə tapılıb Bakı. 31 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Hadisə
31 İyul , 2018 10:39
Məhbusun həyətindən tapança və narkotik maddə tapılıb
penitensiar.justice.gov.az
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ Penitensiar Xidmətin və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a bildirilib ki, əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi