Məhbus qohumuna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Məhbus qohumuna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır Cəzaçəkmə müəssisəsində saxlanan qohumuna narkotik vasitə keçirmək istəyən Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Oktyabr , 2019 09:34
Məhbus qohumuna narkotik keçirmək istəyən şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsində saxlanan qohumuna narkotik vasitə keçirmək istəyən Ziya Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib

Hakim Vüsal Tağıyevin icraatına verilən iş üzrə hazırlıq iclası okrtyabrın 22-də keçiriləcək.

Qeyd edək ki, Masallı şəhər sakini Hüseynzadə Ziya Akif oğlu Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qohumu, məhkum Hacıyev Mehman Cəmil oğlu (külli-miqdarda narkotik satışına görə 9 il müddətinə azadlıqdan məhrum edilib) ilə qısamüddətli görüşə gəlib.

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərinə və əşyalarına baxış keçirilən zaman cibində gizlədilmiş bükülüdə 0,003 qram metadon aşkar edilib.

Z.Hüseynzadəyə CM-nin 29, 317-1. 1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinə cəhd) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi