Bakıda piyadanı vurub öldürən “Mazda”nın sürücüsünün ibtidai istintaqı başa çatıb

Bakıda piyadanı vurub öldürən “Mazda”nın sürücüsünün ibtidai istintaqı başa çatıb Bakı. 4 mart. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sabir Talıblının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
4 Mart , 2019 17:42
Bakıda piyadanı vurub öldürən “Mazda”nın sürücüsünün ibtidai istintaqı başa çatıb

Bakı. 4 mart. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sabir Talıblının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi bu ilin yanvar ayının 18-də Səbail rayonunun Parlament prospektində baş verib. Həmin ərazidə Bakı şəhər sakini S.Talıblı idarə etdiyi “Mazda” markalı avtomobillə piyada keçidindən yolu keçən Cəbrayıl rayon sakini Lalə Sadayzadəni vurub və nəticədə piyada hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi