Yuxarı
    Bağlamaq

    Maştağada iki qardaşı bıçaqlayan şəxs tutulub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 15 iyul. REPORT.AZ/ Maştağada iki qardaşı bıçaqlayan şəxs tutulub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.

    Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, İyul ayının 13-də Bakının Sabunçu rayonunda, Maştağa qəsəbəsi, Tavaylıq adlanan ərazidə 1991-ci il təvəllüdlü Əhmədov Mahir Axşay oğlu və qardaşı 2000-ci il təvəllüdlü Əhmədov Elxan Axşay oğlu toydan qayıdan zaman 4 nəfərlə mübahisə edib. Əlbəyaxa dava zamanı E.Əhmədov və M.Əhmədov bıçaqlanıb. Qarşı tərəfdən isə iki nəfər yüngül bədən xəsarətləri alıb. Bıçaqlanan şəxslər xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi