Maştağada yeznə baldızını bıçaqlayıb

Maştağada yeznə baldızını bıçaqlayıb Hadisə mübahisə zamanı baş verib
Hadisə
12 Sentyabr , 2017 06:09
Maştağada yeznə baldızını bıçaqlayıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsində yaşayan 50 yaşlı Yeganə Yəhyabala qızı İbrahimova bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralı dərhal əməliyyat olunub. Həkimlər sinə nahiyəsindən bıçaqlanan Yeganə İbrahimovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. Xəstəxandan hadisə barədə 14-cü Polis bölməsinə məlumat verilib. Polis əməkdaşları dərhal araşdırmalara başlayıblar.

Zərərçəkmiş ilkin istintaq zamanı bacısının həyat yoldaşı tərəfindən aralarında düşən mübahisə zamanı bıçaqlandığını bildirib. Polis əməkdaşları həmin şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Son xəbərlər

Orphus sistemi