Maştağada gənc qız evində işləyən ustalar tərəfindən döyülüb

Maştağada gənc qız evində işləyən ustalar tərəfindən döyülüb O, başından açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib
Hadisə
5 Oktyabr , 2017 08:54
Maştağada gənc qız evində işləyən ustalar tərəfindən döyülüb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda gənc qız evdə işləyən ustalar tərəfindən döyülüb.

"Report" xəbər verir ki, Maştağa qəsəbəsinin Nizami küçəsində yerləşən fərdi yaşayış evinin sahibəsi 29 yaşlı Hüseynova Oksana Ağabəy qızı orada işləyən ustalarla mübahisə edib.

Nəticədə qadın bir neçə nəfər tərəfindən döyülüb. O, başından açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-nin 14-cü Polis bölməsi tərəfindən araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi