Maştağada 26 yaşlı şəxsi bıçaqlayanın cinayət işi məhkəməyə göndərilib

Maştağada 26 yaşlı şəxsi bıçaqlayanın cinayət işi məhkəməyə göndərilib Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Məcid Ömərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
27 Noyabr , 2019 10:19
Maştağada 26 yaşlı şəxsi bıçaqlayanın cinayət işi məhkəməyə göndərilib

Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Məcid Ömərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report" xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Hakim İradə Həsənzadənin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin avqust Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

M.Ömərov 1993-cü il təvəllüdlü Hüseynov Ülfət Vidadi oğluna bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

M.Ömərova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi